Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II
Elizabet Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və
Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və
mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər
yaşayacağıq”.