Böyük Britaniya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanı atəşkəs rejiminin pozulmasına son qoymağa və dialoqa başlamağa çağırıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir.
Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin gərginləşməsi və daha çox itki verməməsi üçün dialoqa çağırırıq.
Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyimizi bir daha bildiririk.
Davam edən zorakılıq regional sabitliyə və rifaha təhdid olmaqla tərəflər arasında rəsmi danışıqların yenidən başlamasının nə qədər əhəmiyyətli olmasını göstərir”.