Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson yüzlərlə insanın toplaşa biləcəyi müəssisələr üçün COVID-keçid sisteminin tətbiq edildiyini açıqladı.

AzerTimes-ın məlumatına görə, bu barədə “The Guardian” qəzeti bildirib.

Baş nazir bildirib: “Biz 500-dən çox insanların toplaşa biləcəyi qapalı məkanlar da daxil olmaqla, gecə klublarına və kütləvi yerlərə, və 4 mindən çox insan otura biləcəyi açıq məkanlarda, eləcə də hər hansı digər müəssisələrdə COVID-keçidlərini məcbur olaraq tətbiq edirik”

Qaydalar dekabrın 10-dan qüvvəyə minəcək.

Həmçinin, ölkə sakinlərindən ictimai yerlərdə, o cümlədən teatr, restoran və kinoteatrlarda maska ​​taxmaq tələb olunacaq. Britaniyalılara dekabrın 13-dən etibarən evdən işləməyə tövsiyə olunur.