Böyük Britaniya benzin defisiti riski ilə üzləşib

“BP” neft şirkəti Böyük Britaniya hakimiyyətini yük maşını sürücülərinin çatışmaması səbəbindən 1,2 min yanacaqdoldurma məntəqəsində benzin və dizel yanacağı tədarükünü azaltmağa başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

AzerTimes-ın məlumatına görə, bu barədə ITV televiziya şirkəti xəbər verib.


Şirkətdən qeyd edilib ki, vəziyyət çox çətindir və təcili həll tələb edir. Ölkənin benzin defisiti riski ilə üzləşməməsi üçün “BP” şirkıti hökumətdən xarici sürücülərin işə götürülməsini sadələşdirməyi xahiş edir.