Böyük Britaniya Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına hərtərəfli dəstək göstərir – Səfir

Böyük Britaniya Azərbaycanda bərpa olunan enerji mənbələrinin
inkişafına hərtərəfli dəstək göstərir.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp
Trend-in müxbirinin sualını cavablandırarkən
deyib.

Onun sözlərinə görə, Böyük Britaniya parnik qazları
tullantılarının azaldılması səylərinin davam etdirilməsi ilə bağlı
Azərbaycan hökuməti, xüsusilə də Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə daim danışıqlar aparır.

“Biz, həmçinin ümid edirik ki, bp, Energetika və İqtisadiyyat
nazirliklərinin azad edilmiş ərazilərdə günəş elektrik
stansiyasının tikintisi üzrə birgə layihəsi tezliklə
reallaşdırılacaq”, – deyə səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: