Botoks qısa prosedur müddəti və asan tətbiq olunması ilə əlaqədar dünyada ən çox seçilən estetik müdaxilədir. Bundan əlavə, sağalma prosesinin olmaması ona çox müraciət edilmənin əsas səbəblərindəndir. Botoksun ən çox tətbiq olunduğu nahiyələr alın, qaş, gözətrafı (qazayağı qırışları) və boyundur.
Hansı mexanizm ilə təsir edir?
Botoks Clostridum Botulinum bakteriyalarından hasil olunan təbii protein tərkibli dərmandır. Mimiki qırışlara səbəb olan əzələləri müvəqqəti iflic edərək həmin nahiyəni hamarlaşdırır. Botoksdan dərinliyi çox olmayan qırışları aradan qaldırmaq üçün istifadə edirik. Daha dərin qırışlar varsa, onları yüngülləşdirməyə kömək edir. Botoksu dolğu ilə birlikdə tətbiq etsək, dərin qırışlar da aradan qalxa bilər.
Botoksun təsir müddəti nə qədərdir?
Təsiri təxminən 4-6 ay davam edir. 6-cı aydan etibarən effektini itirməyə başlayır. Bu müddət bəzi insanlarda qısa, bəzilərində isə daha uzun çəkə bilər. Çünki tətbiq olunan hissəyə vurulan doza miqdarı, bədən tərəfindən metabolizm qabiliyyətinə görə dəyişir. Botoksun təsiri bitdikdə, müalicə olunan hissə əvvəlki vəziyyətinə qayıdır. Proseduru təkrarlamaq onun davamlılıq və təsir müddətini uzadır.
Necə tətbiq olunur?
Hər şeydən əvvəl, inyeksiya edəcəyimiz sahəni pasiyentin gözləntilərini nəzərə alaraq təyin edirik. Botoksu çox nazik iynələrin vasitəsi ilə inyeksiya üsulu tətbiq edərək həyata keçiririk. Əvvəlcə pasiyentə keyidici krem vururuq. Bu, inyeksiya zamanı hiss edə biləcəyi ağrıları tamamilə aradan qaldırır. Prosedurdan sonra buz tətbiqi ilə ağrı daha da azalır. Bütün bu proseslər təxminən 10-15 dəqiqə çəkir.
Botoksun yaş həddi varmı?
Qırışların müalicəsində aşağı və yuxarı yaş həddini təyin etmək çətindir. Belə ki, narahatlıq verən qırışlar varsa, 18 yaşında belə botoks etdirənlərə rast gəlmək mümkündür. Çox yaşlı pasiyentlərdə yalnız botoksla təsirli bir nəticə almaq çətin olsa da, üz cavanlaşdırma əməliyyatları ilə birgə botoks tətbiqi ilə qənaətbəxş nəticələr əldə edə bilirik.
Prosedurdan sonra nə etmək lazımdır?
Botoksdan sonra göyərmələrin qarşısını almaq üçün 10 dəqiqə müddətində buz tətbiq etmək yaxşı olar. 2 saat ərzində isə başı önə və ya arxaya əymək məsləhət deyil. Bu müddət bitdikdən sonra insan normal həyatına qayıda bilər.
https://www.instagram.com/drsamisamin/
https://www.instagram.com/mamoplastika_baku/
https://www.samisamin.com/
https://www.samisamin.com/category/rinoplastika/