Bosniya və Herseqovinanın NATO-ya daxil olması qeyri-mümkündür, çünki Serbiya buna etiraz edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Bosniya serblərinin lideri Milorad Dodik deyib.
“Bu prosedur parlamentdə müəyyən mərhələlərdən keçməlidir. Əminəm ki, parlamentdə belə bir qərar qəbul olunmayacaq, ona görə də gələcəkdə bizim NATO-da olmağımız qətiyyən mümkün deyil”, – siyasətçi bildirib.