Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib

Şərqi Avropada fəaliyyət göstərən diasporumuzun təşəbbüsü ilə “Nova Zora” xəbər portalında “Xocalı soyqırımı və Srebrenitsadakı soyqırımı arasında paralel” sərlövhəli məqaləsi dərc olunub.

Diaspora İşləri üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, məqalənin müəllifi portalın redaktoru, araşdırmacı-jurnalist, etnik bosniyalı olan Faruk Tucakoviç Xocalı və Srebrenitsa soyqırımlarına aparan proseslərə diqqəti cəlb edib, Xocalı və Srebrenitsada baş verənlər barədə ətraflı məlumat verib. Məqalədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ““Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Bu stereotipi qırmağı bacardıq” etirafını nəzərə çatdırıb.

Müəllif yazıb ki, Xocalı soyqırımına göz yumulması bir neçə il sonra Srebrenitsada da soyqırımının baş verməsinə səbəb olub: “Srebrenitsa məsələsində olduğu kimi Xocalı hadisəsində də soyqırımı cinayətini törədənlər hələ 30 il keçdikdən sonra da ədalətini gözləyir və ədalət axtarırlar”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://nova-zora.com/paralela-izmedju-genocida-u-hodzaliju-i-genocida-u-srebrenici

Teqlər: