Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığındakı Siroki Briyeq rayonunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 08:07-də yerin 10 kilometr dərinliyində qeydə alınan yeraltı təkanlar zamanı tələfat və itki olmayıb.