Bosfor boğazında tapılan obyekt köhnə tipli minadır – Hulusi Akar

Bak. Trend:

Türkiyənin sualtı müdafiə qrupları Bosfor boğazında minanı
zərərsizləşdirib. Ekspertizanın göstərdiyi kimi, sursat köhnə tipli
modelindən olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə
naziri Hulusi Akar bildirib.

Nazir deyib ki, səhər saatlarında Bosfor boğazı sahillərində
tkommersiya gəmisi minaya bənzəyən obyekt gördüyünü bildirib.

“Araşdırma nəticəsində onun köhnə tipli mina olduğu məlum olub,
o Türkiyə sualtı müdafiə qrupları tərəfindən zərərsizləşdirilib. Bu
məsələ ilə bağlı Rusiya və Ukraynanın hakimiyyət orqanları ilə
danışıqlar davam edir”, – deyə H.Akar qeyd edib.

Onun sözlərinə görə, dəniz gəmiçiliyinin təhlükəsiz davamını
təmin etmək üçün Sahil Mühafizəsi və digər aidiyyəti qurum və
təşkilatlar, xüsusilə Türkiyə Hərbi Dəniz Qüvvələri ilə lazımi
koordinasiya işləri aparılıb.

Teqlər: