“Brave Knight” quru yük gəmisi Türkiyənin Gəmi Hərəkətinə Nəzarət Mərkəzinin koordinasiyası ilə losman, KURTARMA-8, KURTARMA-10 yedək gəmiləri və KEGM-6 qayıqlarının müşayiəti altında Böyükdərə dayanacağı zonasında təhlükəsiz şəkildə lövbər salınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz “Twitter” səhifəsində yazıb.
Bildirilib ki, gəmi lövbər salındıqdan sonra Bosfor boğazı boyunca hər iki istiqamətdə gəmilərin hərəkəti açılıb.