Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb

Türkiyədə Qara və Mərmərə dənizlərini birləşdirən Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.

Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, Bosfor boğazı yerli vaxtla saat 10:28-də dənizdə görmə qabiliyyətinin azalması səbəbindən bağlanıb.