Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Güclü duman səbəbindən Bosfor boğazı hər iki tərəfə keçid üçün bağlanıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq”, – məlumatda deyilib.