Gəncə şəhərində ər və arvad bıçaq xəsarətləri alıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Ramin Rafiq oğlu İmanov bir müddət öncə boşandığı 1988-ci il təvəllüdlü Şəhla Bayramovla 10 gün əvvəl yenidən barışıb.
Tərəflər arasında yaranmış mübahisə zamanı qadın 10-dan çox bıçaq xəsarəti alıb.
R.İmanovun həyat yoldaşına bıçaqla xəsarət yetirdikdən sonra özünə də xəsarət yetirdiyi bildirilir.
O döş qəfəsindən bıçaq xəsarəti alıb və hər ikisi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.
Qeyd edək ki, cütlüyün 3 övladı var.
Faktla bağlı araşdırma davam etdirilir.