“Borussiya” beşinci dəfə Almaniya kubokunun qalibi oldu

“Borussiya Dortmund” komandası Almaniyanın futbol üzrə Kubokunun final matçında “Leyptsiq”i məğlub edib.

AzerTimes-ın məlumatına görə, oyun 4:1 hesabı ilə başa çatıb.

Qalib komandasının heyətində qolları Ceyson Sanço (5-ci, 45-ci dəqiqələr) və Erlinq Holand (28,87) fərqləniblər. Məğlub olanların heyətində Dani Olmo (72) fərqlənib.

Beləliklə, “Borussiya” beşinci dəfə Almaniya Kubokunu qazandı və “Şalke” ilə “Ayntraxt” klublarla bu göstəriciyə görə bərabərləşib.

Teqlər: