Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ildə boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq, 8 milyard kubmetr qaz Türkiyəyə, 5 milyard kubmetrdən çox qaz Avropa bazarlarına nəql olunacaq.
Trend bu barədə Beynəlxalq Enerji Agentliyininin (BEA) hesabatına istinadən məlumat verir.
Agentliyin hesablamalarına əsaəsn, 2020-ci ilin oktyabrından 2021-ci ilin fevralınadək olan müddət ərzində Azərbaycan qazının tədarükü əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz artıb:
“2021-ci ildə Avropanın qaz idxalına tələbatının təxminən faiz artması gözlənilir. Bu, tələbatın bərpa olunması, daxili hasilatın azalması və anbarların doldurulması üçün tələbin artması ilə əlaqədar olacaq. 2021-ci il aprelin əvvəlində anbarlarda qaz ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyard kubmetr azdır. Proqnozlara əsasən, mayeləşdirilmiş təbii qaz idxalı 2019-ci ilin rekord səviyyələrinə yaxın olacaq”.
(Tərcümə: Orxan Nəbiyev)