Borrellin bu bəyanatı qarşıdurma ilə doludur – Rusiya XİN

Borrellin bu bəyanatı qarşıdurma ilə doludur – Rusiya XİN

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin qismən səfərbərlik və referendumlarla bağlı sözlərində obyektivlik yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Borrelin bu məsələ ilə bağlı bəyanatları nəinki obyektivliyi ilə seçilmir, həm də qarşıdurma ilə doludur”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, AB-nin xarici siyasət üzrə komissarı Rusiyada qismən səfərbərlik elan edilməsini sülhə təhlükə adlandırıb.

Teqlər: