AB diplomatiyasının rəhbəri Jozep Borrellin İsrailə səfərinə icazə verilməyib.
AzerTimes xəbər verir ki, Borrell İsrailə səfər üçün bir neçə müraciət edib, lakin ölkənin Xarici İşlər Nazirliyi onun tələbinə cavab verməyib.
Səbəb kimi isə Borrellin İsrail əleyhinə açıqlamaları, eləcə də HƏMAS və hazırkı hökumət arasında apardığı müqayisələr göstərilib.
“Ümid edirik ki, bu imtinalar Borrellə bir mesaj olacaq ki, Qüds onun davranışından razı deyil”, – İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.