Borrelldən İrana çağırış: Narahatıq!

Borrelldən İrana çağırış: Narahatıq!

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell məhbuslar arasında münaqişə nəticəsində yanğının baş verdiyi İranın Evin həbsxanasındakı vəziyyətdən narahatlığını bildirib.

AzerTimes xəbər verir ki, o bu barədə Tvitterdə yazıb.

“İran hakimiyyəti bütün məhbusların, o cümlədən insan haqları fəallarının və Avropa İttifaqı vətəndaşlarının həyatına cavabdehdir. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiana dərin narahatlığımı bildirdim”, – Jozep Borrell qeyd edib.

Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ baş verənlərlə bağlı ən şəffaf məlumat gözləyir.

Qeyd edək ki, ötən gün (15 oktyabr – Red) İran paytaxtının Evin həbsxanasında üsyan baş verib. Məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar. Yanğın nəticəsində 4 məhbus ölüb, 61 nəfər yaralanıb. Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti ağırdır.

Teqlər: