Borrelldən Əkbərinin edamına sərt reaksiya

Borrelldən Əkbərinin edamına sərt reaksiya

Avropa Birliyi (AB) İran və Britaniya vətəndaşı Əlirza Əkbərinin İranda edamını ən sərt şəkildə pisləyir.

AzerTimes xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

O bildirib ki, istənilən şəraitdə belə bir cəza tədbiri ilə razılaşmırıq.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbəri edam olunub. Onun uzun illər ərzində Britaniya kəşfiyyatına İranın hərbi, nüvə, diplomatik və regional siyasəti ilə bağlı vacib məlumatlar ötürdüyü iddia edilirdi.

Teqlər: