Borrelldən çağırış: Rusiya aktivlərini müsadirə etməliyik!

Borrelldən çağırış: Rusiya aktivlərini müsadirə etməliyik!

Avropa Birliyinin baş diplomatı Jozep Borrell AB-ni Rusiyanın dondurulmuş aktivlərinin ekspropriasiyası ilə bağlı qərar qəbul etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bunu Borrell Avropa Parlamentində AB-ABŞ münasibətlərinə dair dinləmələrdə deyib.

Borrell Donald Trampın prezident seçildikdən sonra Ukraynaya yarıdmın kəsilmə təhlükəsi olduğunu bildirib:

“Onlardan əldə olunan gəlirləri Ukraynanın müdafiə sənayesini maliyyələşdirmək üçün istifadə etsək, bu, kifayət etməyəcək. Biz aktivlərin özləri ilə nə etdiyimizin həllini tapmalıyıq, nəinki onlardan əldə edilən gəlirdən. Avropa Birliyi Vaşinqtonun Kiyevə hərbi yardımını kompensasiya etmək üçün çox böyük maliyyə və sənaye səyləri göstərməli olacaq ki, bu da hazırda icmanın yardımının həcmini 25% üstələyir”.

Teqlər: