Borrell yenidən Ceyhun Bayramova zəng etdi

Borrell yenidən Ceyhun Bayramova zəng etdi

AB-nin baş diplomatı Jozep Borrell ilə Azərbaycan XİN başçısı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Borrell Tvitter hesabında yazıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla konstruktiv telefon danışığı apardıq. Biz Laçın dəhlizi boyunca hərəkət azadlığının və humanitar yardımın əldə edilməsinin zəruriliyini, sabitliyin qorunmasının vacibliyini və AB-nin monitorinq missiyası başa çatdıqdan sonra regionda mövcudluğunu müzakirə etdik”, – Borrell qeyd edib.

Qeyd edək ki, Bayramovla Borrell arasında Laçın yolu ilə bağlı telefon danışığı 22 dekabrda olmuşdu.

Teqlər: