Borrell: Türkiyə Rusiyaya təsirindən istifadə etməlidir

Borrell: Türkiyə Rusiyaya təsirindən istifadə etməlidir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə J.Borrell Tviter səhifəsində yazıb.

“Mən Ukrayna taxılının ixracına dair BMT sazişinin təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolunu vurğuladım. Avropa İttifaqnın sanksiyalarının təsirini müzakirə etdim və ümidvaram ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”, – Borrell yazıb.

Teqlər: