Qəzzada İsrailin hücumu nəticəsində onlarla fələstinlinin həlak olduğu bir məktəbdən olan görüntülərdən dəhşətə gəldim. Son həftələrdə ən azı 10 məktəb hədəfə alınıb
AzerTimes xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell X hesabında yazıb.
Onun sözlərinə görə, bu qırğınlara heç bir bəraət qazandırmaq olmaz.
Qeyd edək ki, bu gün İsrail təyyarəsinin qaçqınların səhər namazı üçün toplaşdığı Qəzzadakı Əl-Tabain məktəbinə 3 raket atıb. Hücum zamanı 100 nəfər ölüb.
İsrail Silahlı Qüvvələri Əl-Tabain məktəbində HƏMAS hərəkatının ən azı 20 döyüşçüsü və yüksək səviyyəli komandirlərinin olduğunu iddia edir.