Rusiya və Belarusun NATO ilə yeni müharibəyə vaxtı yoxdur.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Birliyinin baş diplomatı Jozep Borrellin NATO ilə Rusiya arasında uzunmüddətli müharibəyə hazırlaşmağa çağıran bəyanatını şərh edərkən deyib.
“Bu cəfəngiyyatdır! Bu, pis adamdır, sadəcə, axmaqdır. Onun siyasətlə heç bir əlaqəsi yoxdur. Ağıllı olsaydı, işgüzar şəkildə belə düşünərdi: “Allah eləsin, Rusiya ilə bu problemləri həll edək. Bu problemlərin öhdəsindən gələk. Niyə bu problemlərin üstünə yenisini əlavə edək ki?” Hər kəs belə düşünərdi”, – Lukaşenko söyləyib.
Belarus lideri qeyd edib ki, nə ruslar, nə də belaruslar döyüşmək istəyir.