AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Livandakı vəziyyəti müzakirə etmək üçün sentyabrın 30-da AB-nin 27 ölkəsinin xarici işlər nazirlərini videokonfrans vasitəsilə fövqəladə iclasa çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə AB-nin xarici siyasət xidmətinin nümayəndəsi məlumat verib.
“Təsdiq edirik ki, ali nümayəndə bu gün saat 17:00-da (Bakı vaxtı ilə 19:00) AB-nin Livandakı son eskalasiyaya reaksiyasını müzakirə etmək üçün təcili qeyri-rəsmi video konfrans çağırıb”, – o bildirib.