Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Kiyevdə hava hücumu xəbərdarlığı səbəbindən bazar ertəsi səhəri sığınacaqda gizlənmək məcburiyyətində qalıb.
AzerTimes xəbər verir ki, o, bu barədə X-də yazıb.
“Rusiya növbəti raket hücumu həyata keçirəndə Kiyevdəki günümə sığınacaqda başlayıram. Bu, Rusiyanın genişmiqyaslı işğalından bəri Ukrayna xalqı üçün gündəlik reallıq olub”, – Borrell bildirib.
Qeyd edək ki, Borrel Kiyevə 9 noyabrda gəlib. Bu, onun Rusiyanın genişmiqyaslı işğalının başlamasından bəri beşinci, AB-nin baş diplomatı kimi sonuncu səfəridir.