İsrailin xarici işlər naziri Əli Kohen və onun fələstinli həmkarı Riyad əl-Maliki İsrail və regiondakı vəziyyəti müzakirə etmək üçün AB xarici işlər nazirlərinin təcili iclasına dəvət olunub.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Mən İsrailin xarici işlər nazirini bu gün günortadan sonra çağırdığım AB xarici işlər nazirlərinin toplantısına qoşulmağa dəvət etmişəm. Fələstin Muxtariyyətinin xarici işlər naziri Malikini də görüşdə çıxış etməyə və Fələstinin nöqteyi-nəzərini təqdim etməyə dəvət etdim”, – Borrell bildirib.
Qeyd edək ki, AB nazirləri və Körfəz Əməkdaşlıq Şurası xarici işlər nazirləri arasında Omanın paytaxtı Məsqət şəhərində görüş planlaşdırılıb.