AB Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsini alqışlayır.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“AB sənədi ratifikasiya etməmiş bütün dövlətləri İrəvandan nümunə götürməyə çağırır”, – o bildirib.
Qeyd edək ki, Ermənistan parlamenti Vladimir Putinin ekstradisiyasını və həbsini tələb edən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edib.