Avropa diplomatiyasının rəhbəri Jozep Borrell AB-nin 27 ölkəsinin hökumətlərinə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriə qarşı sanksiya tətbiq edilməsi təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə DPA agentliyi AB-dəki mənbələrə istinadla məlumat yayıb.
Agentlik bildirib ki, hər iki siyasətçi son vaxtlar fələstinlilərə qarşı açıqlamaları ilə hiddət doğurub.
Borrell təklif edib ki, nifrəti alovlandırdıqları və insan haqlarını pozduqlarına görə Smotriç və Ben-Qvirə qarşı sanksiyalar tətbiq olunsun. Müvafiq olaraq, onların AB-dəki aktivləri dondurulmalı və quruma üzv olan ölkələrə daxil olmasına icazə verilməməlidir.