Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Hizbullahın maraqlarını təmsil edən nümayəndələrlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Hizbullah nümayəndə heyətinə livanlı deputat Məhəmməd Raad başçılıq edib.
Təşkilat Qəzza zolağında müharibə başa çatana qədər Livanın cənubundakı vəziyyəti avropalı diplomatlarla müzakirə etməkdən imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, J.Borrell yanvarın 5-də Livana səfərə gəlib.