Avropa Birliyinin (AB) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstana 7-8 sentyabr tarixlərində səfər edəcək.
Axar xəbər verir ki, məlumatı Avropa Xarici Fəaliyyət Xidməti təsdiq edib.
“AB nümayəndəsinin hazırkı vəzifədə ölkəyə ilk səfəri Gürcüstanın Avropaya inteqrasiyası prosesini müzakirə etmək, o cümlədən, daha geniş xarici siyasət və regional məsələlərinə dair fikir mübadiləsi aparmaq üçün imkan yaradacaq”, – məlumatda deyilir.
Qeyd edilib ki, Borreli Gürcüstan prezidenti Salome Zurabişvili qəbul edəcək.
Həmçinin, AB-nin nümayəndəsinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili də görüşü planlaşdırılır.