Avropa Birliyinin beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Türkiyə xarici işlər naziri Hakan Fidanla bir araya gəlib.
AzerTimes xəbər verir ki, bu barədə AB diplomatı “X” hesabında yazıb.
O, H.Fidanla AB-Türkiyə münasibətlərində gələcək addımlar, Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi apardığını bildirib.