Rusiya Ukrayna limanlarını bağladığı üçün dünyada taxıl çatışmazlığına görə birbaşa məsuliyyət daşıyır.
AzerTimes xəbər verir ki, bu sözləri AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell deyib.
Borrell bildirib ki, AB Rusiyanın müharibəni davam etdirmək qabiliyyətinə zərbə vurmaq üçün sanksiyalar tətbiq edib, çünki təcavüzkar müharibə qəbuledilməzdir.
Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər kənd təsərrüfatı məhsullarına və onların daşınmasına təsir göstərmir və buna görə də buğda sanksiyalara məruz qalmır:
“Rusiyanın Ukrayna limanlarının davamlı blokadası milyonlarla ton taxılın ixracını mümkünsüz edir. Rusiya beynəlxalq ticarətdə taxıl qıtlığına görə birbaşa məsuliyyət daşıyır və təcavüzü dayandırmaq əvəzinə, məsuliyyəti beynəlxalq sanksiyaların üzərinə atmağa çalışır. Bu dezinformasiyadır”.