Fələstinlilərlə israillilər arasında növbəti zorakılıqdan sonra beynəlxalq ictimaiyyətin Yaxın Şərq münaqişəsinin qalıcı həlli üçün son şansı var.
AzerTimes xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
“Bu gün mövcud olmayan yekun və hərtərəfli nizamlanma haqqında düşünmək vacibdir. Bu, son şansdır, əgər ikidövlətli həll yolunda uğur qazanmasaq, gələcək nəsillər üçün özümüzü zorakılıq və qarşılıqlı nifrət spiralında tapacağıq”, – o bildirib.