AB diplomatiyasının rəhbəri Jozep Borrell bazar günü Livanın paytaxtı Beyruta səfəri çərçivəsində həm İsrail hökumətinə, həm də Hizbullah hərəkatına atəşkəs təklifini qəbul etmələri təzyiq göstərməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Beyrutda keçirdiyi mətbuat konfransında Borrell həmçinin Livan liderlərini ölkədəki iki illik hakimiyyət boşluğuna son qoymaq üçün prezident seçməyə çağırıb və Livan silahlı qüvvələrinə 200 milyon avro dəstək vəd edib.