Brüssel bu ayın sonuna qədər sərhəd komissiyasının iclasını keçirmək istiqamətində çalışır.
AzerTimes xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Biz diplomatik səylərimizi əsirgəmirik. Əlimizdə olan resursları səfərbər edirik”, – deyə J.Borrel qeyd edib.
Xatırladaq ki, Azərbaycan Ermənistana dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasını əvvəlcədən planlaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirməyi təklif edib. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır.