Borrell: ABŞ-ın üzərimizdəki müdafiə çətiri bağlana bilər

Borrell: ABŞ-ın üzərimizdəki müdafiə çətiri bağlana bilər

Amerikanın Avropa ölkələri üzərindəki “müdafiə çətiri” tezliklə bağlana bilər, ona görə də AB hətta NATO daxilində də yalnız öz gücünə arxalanmalıdır.

AzerTimes xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.

“Söhbət Soyuq müharibə dövründə Avropanı qoruyan çətirdən gedir. Bu çətir ABŞ-da keçiriləcək prezident seçkisində Bayden və ya Trampın, yəni kimin qalib olacağından asılı olaraq bağlana bilər”, – o bildirib.

Borrell qeyd edib ki, NATO-nin əhəmiyyəti qalır, lakin təşkilat daxilində Avropa komponenti meydana çıxmalıdır.

Teqlər: