Avropa Birliyinin baş diplomatı Josep Borrell İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefonla danışıb.
AzerTimes xəbər verir ki, bu barədə J.Borrelll Tvitterdə yazıb.
Baş diplomat telefon danışığı zamanı İsveç əsilli İran vətəndaşı Həbib Çaabın edamını qətiyyətlə pisləyib:
“Mən həmçinin alman vətəndaşı Cəmşid Şarməhdi edam etməməyi xahiş etdim”.
Tərəflər qarşılıqlı əməkdaşlığı da müzakirə edib:
“İran bu əməkdaşlığı davam etdirməli, Rusiyanın BƏƏ-yə qarşı müharibəsini dəstəkləməyi dayandırmalıdır”.