Borrell Abdullahianla danışdı, HƏMAS-ı pislədi

Borrell Abdullahianla danışdı, HƏMAS-ı pislədi

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu haqda Borrell özünün X səhifəsində paylaşım edib.

“Dünən gecə İranın xarici işlər naziri Əmir Abdullahian ilə telefon danışığında HƏMAS-ın İsrailə vəhşicəsinə hücumlarını kəskin şəkildə pislədiyimi bir daha bəyan etdim və insan itkisinə görə dərin təəssüf hissi keçirdiyimi bildirdim. Heç nə bu cür iyrənc terror hücumlarına və onların dəstəklənməsinə haqq qazandıra bilməz”, – paylaşımda vurğulanıb.

Teqlər: