Avropa Birliyinin birgə ordusuna ehtiyac yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell deyib.
“27 ordudan heç biri tək bir Avropa qüvvəsi ilə əvəz edilə bilməz. Biz sadəcə olaraq qüvvələrimizi birləşdirməliyik və daha yaxşı koordinasiya etməliyik və təhlükəsizliyə sərmayə qoymalıyıq”, – AB-nin yüksək səviyyəli diplomatı deyib.
“Açar söz səmərəlilikdir. Əks halda, bu, pul itkisidir”, – Borrell deyib.
O əlavə edib ki, indi AB müdafiəyə Çin qədər, Rusiyadan isə 4 dəfə çox vəsait xərcləyir, lakin borc böhranı və tərksilah ucbatından mövcud çağırışlara cavab verə bilmir.