AB Rusiya və Suriyaya hərbi təchizat üçün İrana qarşı yeni sanksiya rejiminin yaradılması ilə bağlı razılığa gəlib.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Xarici işlər nazirləri Rusiya və Suriyaya hərbi təchizat üçün İrana qarşı yeni sanksiyalar mexanizminin yaradılması barədə razılığa gəliblər”, – o bildirib.