“Borjomi” şirkətinin işçiləri etiraza qalxdı

“Borjomi” şirkətinin işçiləri etiraza qalxdı

Gürcüstanda “Borjomi” mineral su qablaşdırma şirkətinin işçiləri müəssisəyə girişləri bağlayaraq etiraza başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Etirazçıların sözlərinə görə, “Borjomi” şirkətinin administrasiyası onların yerinə Rusiya və Ukrayna vətəndaşlarına 3-4 dəfə çox maaşla iş təklif edir.

Qeyd edək ki, zavodda artıq 2 aydır iş prosesi dayanıb. May ayında isə 800-ə yaxın işçi iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil elan edib.

Teqlər: