Boris Conson təcili Kiyevə səfər etmək niyyətindədir

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti
Volodimir Zelenski ilə şəxsi görüş üçün Kiyevə təcili səfər etməyi
düşünür.

Trend bu barədə UNİAN-a istinadən xəbər verir.

Britaniyanın baş naziri bu yolla Ukraynaya dəstək nümayiş
etdirmək niyyətindədir. Eyni zamanda, o, rəsmilərdən prezident
Zelenski ilə danışıqlar üçün Ukrayna paytaxtına səfərin praktikliyi
və dəyərini araşdırmağı xahiş edib. Xəbərdarlıqlara baxmayaraq,
Conson bacararsa, “getmək istəyir”.

“Çox əhəmiyyətli olan təhlükəsizlik mülahizələri ilə yanaşı,
sual ondan ibarətdir ki, ölkəyə şəxsən səfər etməklə əldə edilə
biləcək əlavə nəsə varmı, yoxsa bu, sadəcə olaraq həmrəylik
nümayişi olacaq. Bu, özlüyündə kifayət qədər məqsəddirmi?”, – mənbə
bildirib.