Boris Conson NATO baş katibi ola bilər

Boris Conson NATO baş katibi ola bilər

Tezliklə vəzifəsini tərk edəcək Böyük Britaniyanın Baş naziri Boris Conson NATO-nun baş katibi ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.

Məlumata görə, Consonun NATO baş katibi vəzifəsinə namizəd kimi irəli sürülməsini parlamentin Müdafiə Komitəsinin üzvləri Riçard Draks və Mark Fransua, həmçinin Böyük Britaniyanın Breksit üzrə keçmiş naziri Devid Cons dəstəkləyir.

Teqlər: