Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa qarşı “AstraZeneca” şirkətinin istehsal etdiyi vaksinin ikinci dozasını vurdurub.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Krallığın hökumət rəhbərinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, B.Conson peyvəndin ikinci dozasını Londonun mərkəzindəki Kinq-Kross dəmiryolu stansiyasının yaxınlığında yerləşən Frensis Krik adına İnstitutda vurdurub.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri koronavirusa qarşı peyvəndin ilk dozasını martın 19-u müqəddəs Tomas xəstəxanasında vurdurmuşdu.