Boris Conson istefa verdi

Boris Conson istefa verdi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson parlamentdəki vəzifəsindən istefa verib.

AzerTimes xəbər verir ki, o, qərarını koronavirusla bağlı məhdudiyyətləri pozduğuna əsaslanaraq aparılan istintaq hesabatı açıqlanmazdan əvvəl bildirib.

“Məni iddialarını təsdiq edəcək heç bir dəlil olmadan və hətta Mühafizəkarlar Partiyasının üzvlərinin, hətta geniş elektoratın da razılığı olmadan bir ovuc şəxs tərəfindən vəzifəmdən kənarlaşdırılıram. Mən antidemokratik şəkildə parlamenti tərk etmək məcburiyyətində qaldığım üçün şok və dəhşətə gəlirəm”, – Conson qeyd edib.

O, Breksit üçün ondan qisas almağa çalışdıqlarını bildirib.

Teqlər: