Boris Conson Hindistanın baş nazirinə yeni qırıcıların hazırlanmasında kömək təklif edəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün Hindistanın
baş naziri Narendra Modi ilə Nyu-Dehlidə görüşəcək və bu çərçivədə
yeni qırıcıların hazırlanmasında Britaniyanın köməyini təklif
edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə “PA” agentliyi Britaniya baş nazirinin
mətbuat xidmətinə istinadən bildirib.

Vurğulanıb ki, B.Conson danışıqlarda Londonun “Hindistanda yeni
qırıcının hazırlanması və tikintisinə” yardım etməyə hazır olduğunu
bildirəcək. Qeyd olunub ki, Britaniya rəhbərliyinin bu cür
addımları Qərb ölkələrinin Hindistan hakimiyyəti tərəfindən alınan
Rusiya silah və texnikasının sayını azaltmaq istəyinə dəlalət
edir.

Böyük Britaniya, həmçinin Hindistan üçün açıq ümumi ixrac
lisenziyası verəcək və bu, ixracatçılara respublikaya hərbi
texnikanın çatdırılması prosedurunu sürətləndirməyə imkan
verəcək.