Böyük Britaniya və Avstraliyanın keçmiş baş nazirləri Boris Conson və Skott Morrison İsrailə həmrəylik səfəri ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri məlumat yayıb.
“Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və Avstraliyanın keçmiş baş naziri Skott Morrison həmrəylik səfəri üçün bazar günü səhər İsrailə gəlib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Conson və Morrison HƏMAS-ın oktyabrın 7-də hücum etdiyi İsrailin yaşayış məntəqələrinə də baş çəkəcəklər.