Böyük Britaniyanın baş naziri Boris Conson və maliyyə naziri
Rişi Sunak pandemiya dövründə sərt qapanmalar zamanı şənlikdə
iştirak etdiklərinə görə cərimələnib.
Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniya Nazirləri Kabinetinin
nümayəndəsi bildirib.
Qeyd olunur ki, London şəhər polisi tərəfindən nazirlərin adına
cərimə bildirişi daxil olub. Cərimənin məbləği hələlik
açıqlanmayıb.
Ümumilikdə, London polisi həmin şənliklə əlaqədar 50 nəfərə
cərimə bildirişi təqdim edib.
Xatırladaq ki, bir neçə gün öncə Boris Conson və bəzi hökumət
nümayəndələrinin adları koronavirus pandemiyası səbəbindən elan
olunmuş sərt qapanmalar zamanı şənlikdə iştirak etmək qalmaqalında
hallanırdı. Bununla əlaqədar olaraq, B.Consonun bir neçə köməkçisi
istefa vermişdi.